Ankaranın Etimesqut
rayonunda türkdilli
ölkələrin bayraqları ilə
həmrəylik yürüşü olmuşdur
Ankaranın
Etimesqut rayonunda keçirilmiş IX Anadolu
mədəniyyət və sənət festivalı çərçivəsində
TÜRKSOY, Azərbaycan və digər ölkələrin səfirliklərinin
iştirakı ilə türkdilli dövlətlərin
bayraqları ilə həmrəylik yürüşü
olmuşdur.
Mərkəzi meydanda keçirilmiş həmrəylik
yürüşündən sonra türk dünyası xalqlarının və Anadolunun müxtəlif vilayətlərinin təmsilçilərinin
iştirak etdiyi festival davam etmişdir. Festival
meydanında Azərbaycan guşəsi də
açılmış, buraya gələn
ankaralılar eksponatlarla tanış olmuşlar. Onlara TÜRKSOY-un Azərbaycanın milli
mədəni sərvətləri və böyük
inkişafından bəhs edən jurnalın xüsusi
buraxılışının nüsxələri də təqdim
olunmuşdur.
TÜRKSOY gecəsində
Azərbaycan mahnıları səslənmiş, milli rəqslərimiz ifa olunmuşdur. Türkiyənin millət vəkilləri,
siyasi partiyaların təmsilçiləri
və türkdilli ölkələrdən
gəlmiş qonaqlar festivalda
iştirak etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.-2012.- 26 sentyabr.-
S.7.