Veteran
güləşçilərimiz vətənə 2 medalla qayıtdılar
Sentyabrın 18-dən 22-dək
Macarıstanın paytaxtı Budapeşt
şəhərində veteranlar
arasında yunan-Roma güləşi
üzrə növbəti dünya
çempionatı keçirilib. Azərbaycanın
veteran güləşçilərinin də
qatıldığı yarışda 38 dövlətin
idmançıları mübarizə aparıb.
Ölkəmizi dünya çempionatında veteran
idmançılarımızdan Tariel Məmmədov
(58 kq), Əlisahib Əliabbasov (76 kq) və Rövşən
İsmayılxanlı (97 kq) təmsil edib. Bu turnirdə Azərbaycan güləşçiləri
vətənə 2 medalla qayıdıblar.
58 kq çəkidə mübarizə aparan Tariel Məmmədov gümüş medal
qazaıb. 76 kq çəkidə isə tatami üzərinə çıxan Əlisahib
Əliabbasov həmişəki kimi uğurlu nəticə göstərərək
6-cı dəfə bürünc medala sahib
çıxıb.
Xüsusi olaraq qeyd edək ki, gümüş medal qazanan Tariel Məmmədovun
rəqibləri sırasında Ermənistan güləşçisi
də olub. Veteranlar
arasında on qat dünya çempionu olan Jora Hovannesyan
bu dəfə Tariel Məmmədovun
qarşısında aciz qalıb. T.Məmmədov
yalnız sonuncu görüşündə
məğlub olaraq gümüş
medala sahib
çıxıb.
Bir çox
yarışların mükafatçısı olan
Əlisahib Əliabbasov isə ilk
görüşündə rusiyalı idmançıya qalib gəlsə də, ikinci
görüşdə estoniyalı güləşçiyə
uduzub. Lakin təsəlliverici
görüşdə idmançımız macar
güləşçiyə qalib gələrək
növbəti dəfə vətənə medalla
qayıdıb.
Kürdəmir
Peşə Liseyində uzun illər müəllim
işləyən və gənc nəslin sağlam
ruhda yetişdirilməsində böyük əməyi olan
57 yaşlı Əlisahib Əliabbasov
idmançılarımız üçün
örnək sayıla bilər.
Dünya çempionatında növbəti
dəfə medallar qazanmış veteran güləşçilərimiz
yarış qabağı onların hazırlığı
üçün yaradılmış şəraitə görə
"Ruslan-93" İdman Sağlamlıq Mərkəzinin rəhbərliyinə
və MOİK-in məşqçilərinə minnətdarlıqlarını
bildirirlər.
Azərbaycan.-2012.-
26 sentyabr.- S.8.