Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları»nda dəyişiklik edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 8,  ¹ 5, maddə 457, ¹ 6, maddə 608; 2010, ¹ 2, maddə 80) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nın 2.5.2-ci yarımbəndində "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin," sözlərindən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S. 1.