«Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz»

 

Ziyafət ƏSGƏROV: "Prezident İlham Əliyevin dediyi kimi, biz artıq təkbaşına mübarizə aparmağın yollarını, üsullarını bilirik"

 

 "Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna hazırdır. Çünki onsuz da biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik".  Bu fikirləri sentyabrın 21-də Bakıda Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində geniş nitqində Prezident İlham Əliyev söyləyib. Dövlət başçısı Azərbaycan diplomatlarına bir sıra mühüm tövsiyələr verib.

Bu məsələ ilə bağlı Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət ƏSGƏROV  bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, 20 illik müstəqilliyi olan Azərbaycan düşmən qarşısında təkbaşına mübarizə aparıb. İstəsək də, istəməsək də, Azərbaycana yardım edən olmayıb: "Dünyada ikili, üçlü standartlar mövcuddurbizbu standartlar içərisində yaşamağa məcburuq. Nəzərə alsaq ki, beynəlxalq hüququn norma və prinsipləri lazımi səviyyədə işləmir və Azərbaycanın haqq işini müdafiə etmir, onda hər kəsə ölkəmizin durumu bəlli olmalıdır. Ona görə də Azərbaycan 20 il ərzində təkbaşına mübarizə aparıb. Bu mübarzə təkcə Ermənistana qarşı olmayıb. Azərbaycana qarşı təzyiq göstərən, ədalətsiz mövqe sərgiləyən beynəlxalq təşkilatlar, qurumlar mövcuddur. Biz hər cəbhədə təkbaşına mübarizə aparmışıq. Bu, bəlkə də işin xeyrinə olub. Prezident İlham Əliyev də bunu qeyd etdi ki, vaxt gələcək hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Bu, doğrudan da, belə olacaq, proseslər ona doğru gedir. Bu səbəbdən belə vəziyyət Azərbaycanın xeyrinədir ki, biz artıq təkbaşına mübarizə aparmağın yollarını, üsullarını bilirik".

Ziyafət Əsgərovun sözlərinə görə, dövlət başçısı bütün bu təzyiqlərin səbəbinə aydınlıq gətirib diqqətə çatdırıb ki, Azərbaycana qarşı yanlış məlumatlarla dolu yazıların səbəbi ölkəmizin müstəqil siyasət yürütməsidir: "Prezident xüsusi olaraq  vurğuladı ki, müstəqil siyasət heç hər kəsin xoşuna gəlmir. Çünki Azərbaycan qarşısına məqsəd qoyub ki, müstəqil siyasətini gücləndirsin, xalqın maraqlarını təmin etsin. Ancaq bəzi hallarda Azərbaycanı hansısa məsələyə yönəltmək, hansısa məsələdə mövqeyini yumşaltmaq naminə müəyyən dairələr kampaniya şəklində hücumlar edirlər. Həqiqət isə ondan ibarətdir ki, bu kampaniyaların heç bir təsiri yoxdur. Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz. Heç bir qüvvə Azərbaycanı şantaj edə bilməz".

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəszlik müdafiə komitəsinin sədri əlavə edib ki, həmin qüvvələr Azərbaycanda gedən sürətli inkişaf proseslərini həzm edə bilmirlər 20 illik müstəqilliyi olan bir dövlətin təkcə Cənubi Qafqaz regionunda deyil, artıq dünyada söz sahibinə çevrilməsi həmin qüvvələrdə qısqanclıq hissi yaradır: "Həqiqətən qəbul etmək istəmirlər. Əgər bizim siyasi-iqtisadi yolumuz düzgün qurulubsa, ölkədə iqtisadi islahatlar, inkişaf çox böyük artımla gedirsə, bunun qarşısını almalıyıq? Əksinə, biz xalqın rifahı naminə bunu daha da gücləndirməliyik. Hesab edirəm ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət düzgün yoldur, bu, alternativi olmayan xətdir Azərbaycan xalqı, dövləti naminə yürüdülən siyasətdir".

Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məhz ölkəmizin müstəqil siyasətinin uğurudur. Ona görə Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, bu, nəinki diplomatiyada, ümumiyyətlə, tarixdə ən böyük siyasi diplomatik qələbədir. Müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir: "Doğrudan da, bu gün Azərbaycan çox güclənib. Regionda Azərbaycanın razılığı olmadan heç bir iqtisadi layihə həyata keçə bilməz. Prezident nitqində bu məsələyə xüsusi olaraq toxunaraq bildirdi ki, artıq Azərbaycana təzyiq etmək mümkün deyildir. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir. Bu gün iqtisadi göstəricilərimiz çox yüksəkdir. Hətta ən çətin dövrdə, iqtisadiyyat ağır vəziyyətdə olan dövrdə Azərbaycan yolundan dönməyib. Hazırda Azərbaycan regionda lider ölkədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanda formalaşır. Əvvəllər Azərbaycanın uğurlarına ləkə vurmaq istəyənlər deyirdilər ki, Azərbaycanın nefti var, ona görə inkişaf edir. Dövlət başçısı dəqiq söylədi ki, Azərbaycandan on dəfə çox nefti olan ölkələr var. Bəs orada vəziyyət necədir? Onların reytinqləri nədən düşür? Nədən orada sosial partlayışlar baş verir? Söhbət neftdən getmir. Söhbət düzgün iqtisadi siyasi istiqamətlərin seçilməsindən, eyni zamanda, xalqla iqtidar arasında olan birlikdən gedir. Çünki bu, olmasa, onda heç bir islahat mümkün deyildir".

Milli Məclisin birinci vitse-spikerinin sözlərinə görə, dövlət başçısı geniş nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəmizin mövqeyini bir daha bəyan edib. Prezident bildirib ki, Azərbaycan bölgədə söz sahibidir heç vaxt Ermənistanın hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulmasına imkan verə bilməz: "Bəli, bu gün Ermənistan hər şeydən təcrid edilib. Əslində, Ermənistan öz təcavüzkar siyasətinin girovuna çevrilib. Onlar belə vəziyyətdən qurtulmaq üçün işğal edilmiş torpaqlardan çıxmalıdırlar. Çünki əks təqdirdə, məsələnin başqa yolla həll edilməsi istisna deyil. Azərbaycan rəhbərliyi bunu heç vaxt istisna etməyib. Beynəlxalq hüquq Azərbaycana bu haqqı verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır".

Ziyafət Əsgərovun fikrincə, bu məsələnin dondurulması mümkün deyil. Ermənistan məsələnin dondurulmasını, hazırkı status-kvonun pozulmamasını istəsə , Azərbaycan işğal edilmiş torpaqlarını istənilən yolla almağa qadirdir. Hətta danışıqlar prosesində tərəflər bir neçə dəfə razılaşmaya yaxın olsalar da, Ermənistanın riyakar mövqeyi, yalançı vədləri buna imkan verməyib. Ancaq beynəlxalq təşkilatlar işğalçı ölkəyə bir mesaj verməlidirlər ki, Azərbaycanın səbri tükənir müharibə yolu ilə torpaqları geri alacaq. Bölgədə böyük qlobal münaqişə baş verməməsi üçün isə üçüncü tərəf məsələyə qarışmayacaq. Belə olan halda Azərbaycan təbii ki, qələbə qazanacaq istəyinə nail olacaq: "Prezident İlham Əliyev daim sülh istədiyini bəyan edib bildirib ki, Azərbaycan düzgün yoldadır biz hər gün qələbəni yaxınlaşdırırıq. Qələbənin yaxınlaşdırılması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə diplomatik fəaliyyətlə məşğul olanlar hər gün fəal çalışmalıdırlar".

Dövlət başçısı xarici daxili siyasətlə yanaşı, ölkədə mövcud olan azad internet azad mediadan da söz açıb. Prezident qeyd edib ki, bəzən Azərbaycana gələn xarici qonaqlar ölkədə azad internetin olmasına təəccüb edirlər. Çünki hər ölkədə azad internet yoxdur. Bəzi ölkələr isə interneti məhdudlaşdırmaq, yaxud da ki, senzura tətbiq etmək haqqında fikirləşirlər. Lakin dövlət başçısının dediyi kimi, Azərbaycanda azad internet vardır. İndi ölkədə internetdən istifadə edənlərin sayı 65 faizə çatıb: "Prezident xüsusi olaraq dedi ki, biz mətbuatı necə məhdudlaşdıra bilərik ki, bizdə internet azaddır istifadəçilərin sayı artır. Bizdə bütün media azaddır".

Birinci vitse-spiker qeyd edib ki, ümumiyyətlə, sözügedən müşavirədə dövlət başçısı bir sıra mühüm məsələlərə toxunaraq Azərbaycanın daxili və xarici siyasətinin istiqamətlərindən, aparılan siyasətin uğurlu nəticələrindən, eləcə də qarşıda duran vəzifələrdən söz açaraq ciddi bəyanatlar verib. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin strateji və taktiki məsələləri ilə əlaqədar diplomatlara tövsiyələrini verərək dövlətimizin daha da inkişafı, mənafeyi naminə bütün istiqamətlərdə ciddi fəaliyyətlə məşğul olmalarını tapşırıb.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.3.