Ermənistan-Azərbaycan
münaqişəsinin ədalətli həlli məsələsində
Minsk qrupuna
daxil olan ölkələr fəaliyyətlərini gücləndirməlidirlər
Sentyabrın 26-da Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Səfər
Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı
səfiri Riçard Morninqstar ilə
görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, nazir R.Morninqstarı səfir
təyin olunması münasibətilə təbrik etmiş,
ona diplomatik fəaliyyətində uğurlar
arzulamışdır.
Görüşdə ABŞ ilə Azərbaycan
arasındakı strateji əməkdaşlıq əlaqələrinin
verdiyi yüksək nəticələr, eyni zamanda, hərbi sahədə
əldə edilən nailiyyətlər barədə geniş
fikir mübadiləsi aparılmışdır.
Regionda mövcud hərbi-siyasi vəziyyətə
və Ermənistan-Azərbaycan münaqişəsinin
yaratdığı çətinliklərə toxunan nazir Səfər
Əbiyev problemin sülh yolu ilə, ədalətli həlli məsələsində
Minsk qrupuna daxil olan ölkələrin fəaliyyətlərini
gücləndirmələrinin zəruriliyini qeyd etmişdir. Nazir
demişdir ki, işğal faktı aradan qaldırılmayacağı
təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin
daha təhlükəli xarakter alacağı qaçılmaz
olacaqdır.
Azərbaycan.-2012.-
27 sentyabr.- S.3.