«Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar» mövzusunda beynəlxalq
konfrans başa çatmışdır
Avropa
İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin
dəstəyi ilə "Etik jurnalistika təşəbbüsləri
- Azərbaycan" layihəsi çərçivəsində
keçirilən "Azərbaycanda media mühiti: mövcud
durum və yeni çağırışlar" mövzusunda
beynəlxalq konfrans sentyabrın 26-da işini bölmə
iclaslarında davam etdirmişdir.
"Demokratik medianın inkişaf
etdirilməsində jurnalist ittifaqlarının rolu"
mövzusunda bölmə iclasında
Böyük Britaniya Milli Jurnalistlər Birliyinin eksperti Arjum Vajidin "Etik media mühitinin
inkişafında jurnalist ittifaqlarının rolu"
mövzusunda məruzəsi dinlənilərək müzakirə
edilmişdir.
"Media islahatları üçün
manifest" bölməsində Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov
"Azərbaycan mediasında
islahatlar
üçün
manifest" layihəsinin ilkin variantını təqdim
etmişdir.
Layihə müzakirələrdən
sonra qəbul olunmuşdur.
Bildirilmişdir ki, manifestin layihəsi
müzakirə edilmək üçün ölkənin media
orqanlarına göndəriləcək və onların təklifləri
nəzərə alınacaqdır. Bununla da konfrans öz
işini başa çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
27 sentyabr.- S.3.