Azərbaycan mədəniyyətinin təntənəsi

 

 Heydər Əliyev Fondu ümummilli liderin ideyalarını uğurla həyata keçirir

 

 "Bu gün Azərbaycan gənc dövlətdir. Ancaq baxın, artıq dünyada bizim nə qədər dostlarımız, tərəfdaşlarımız vardır. Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət diplomatiyamızı aparırıq. Baxın, xaricdə bizim nə qədər mədəni tədbirlərimiz keçirilir. Dünya paytaxtlarında Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini təbliğ edirik. 20 illik müstəqilliklə əlaqədar bütün keçmiş sovet məkanında Azərbaycan yeganə ölkə idi ki, dünya paytaxtlarında böyük tədbirlər keçirmişdir. Bu, bizim təşəbbüsümüz idi və aparıcı ölkələrin paytaxtlarında böyük konsertlər, təqditmatlar, sərgilər keçirilmişdir. Bu sahə mütləq diqqət mərkəzində olmalıdır. Çünki bu sahə insanları daha çox birləşdirir və eyni zamanda, ölkə haqqında daha dolğun təsəvvür yaradır".

 

 İlham ƏLİYEV

 

 

Bu günlərdə Fransa Respublikasının paytaxtı Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Hələ Dünya Azərbaycanlılarının son qurultayında Prezident İlham Əliyev belə bir ideya ilə çıxış etmişdi ki, dünyada Azərbaycan mədəniyyətini, Azərbaycan həqiqətlərini yaymaq, təbliğ etmək üçün Azərbaycan evləri, mədəniyyət mərkəzləri yaradılması artıq reallaşmaqdadır. Belə bir mərkəzin ulu öndərin adını daşıyan Fondun dəstəyi ilə yaradılması isə xüsusilə alqışlanmalıdır.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban  Əliyevanın dəstəyilə həyata keçirilən layihə, proqram, tədbirlər öz əhəmiyyəti, müxtəlifliyi ilə seçilir. Başqa sözlə desək, ictimai həyatın elə bir sahəsi yoxdur ki, bu Fond orada öz fəaliyyəti ilə seçilməsin.

2004-cü ilin may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanda ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək kimi hədəfləri uğurla reallaşdırmaqdadır. Heydər Əliyev Fondu yalnız Azərbaycanda deyil, eyni zamanda, dünyanın bir çox yerlərində elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya kimi ictimai həyatın müxtəlif sahələrinə aid proqram və layihələri hazırlayıb, ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam, mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, hərtərəfli biliklərə malik uşaq və gənclərin, vətənpərvər, Azərbaycana layiqli vətəndaş kimi yetişdirilməsi işinə xidmət, müxtəlif uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təchizatları inkişaf etdirmək  Fondun qarşısına qoyduğuuğurla yerinə yetirdiyi vəzifələrə aiddir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gərgin fəaliyyəti sayəsində Heydər Əliyev Fondu səhiyyə sahəsində yeni səhiyyə müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, xəstələrə qayğı və onların müalicələrinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində tarixi-memarlıq abidələrinin qorunması, muzeylərin təşkili və bərpası, uşaq musiqi məktəblərinin inşası, Beynəlxalq musiqi festivallarının və rəsm sərgilərinin keçirilməsi, mədəniyyət mərkəzlərinin yaradılması kimi böyük layihələrə imza atmışdır. Mehriban xanım Əliyeva təhsilə və elmin inkişafına müntəzəm dəstək və yardım göstərərək, bu sahənin böyük hamisinə çevrilmişdir. Ümumiyyətlə, Fondun maarifçilik kursunun həyata keçirilməsi sahəsindəki böyük fəaliyyəti hansısa konkret çərçivə ilə  məhdudlaşmır - məktəb binasının tikintisindən tutmuş, UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş layihələri əhatə edir. "Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir". Mehriban xanımın bu sözləri  Fondun fəaliyyətinin məqsəd və məramını açıq ifadə etməkdədir.

Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində UNESCO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Azərbaycanın aşıq sənətinin və Novruz bayramının UNESCO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın daxil edilməsi  xüsusi vurğulanmalıdır. 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsi şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi qarşılıqlı faydalı əməkdaşlığın kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

Ötən ilin oktyabrında FondunUNESCO-nun təşkilatçılığı ilə Bakıda Beynəlxalq Humanitar Forum keçirildi və həmin forumda çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiyaetik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olundu.

Mehriban xanım Əliyevanın  rəhbərliyi altında bu ilin may ayında  Bakıda keçirilən "Eurovision-2012" musiqi yarışması da Azərbaycanın bir ölkə kimi dünya miqyasında  tanıdılması, mədəniyyətimizin, tariximizin təbliği aspektindən xüsusii əhəmiyyət daşımışdır. Musiqi yarışmasına hazırlıq işləri yüksək səviyyədə aparılmış, bu məqsədlə bütün lazımi tədbirlər görülmüşdü. "Eurovision-2012" yarışmasının öz tarixi ərzində ən yüksək səviyyədə Bakıda keçirilməsi bütün dünya mətbuatında  əksini tapmışdır.

Müasir dövrdə informasiya texnologiyalarına çıxış,  onlardan uğurla istifadə elm və təhsildə xüsusi yer tutur. Elmtexnologiya sahəsində Azərbaycan Respublikasının internet məkanında çox zəngin məlumat bazası - "Azərbaycan" portalı (www.azerbaijan.az) yaradılmışdır. İnternet istifadəçiləri portaldan Azərbaycan, rusingilis dillərində istənilən mövzuda informasiya əldə edə bilirlər. BMT-nin İnkişaf Proqramı ilə birgə "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi  həyata keçirilmişdir. Kor və görmə qabiliyyəti zəif olan şəxslərin informasiya toplamaq və məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi İKT-dən istifadənin təşkili zəruri sayılmış, BMT-nin İnkişaf  Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır. Uşaqlar üçün Model  İKT sinifləri yaradılmış, xaricdən xüsusi kompyuter avadanlığı alınıb quraşdırılmış, proqram təminatı lokallaşdırılmış, internetə çıxış, tədris-təlim proqramlarının hazırlanması, audio-studiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.

Ümumiyyətlə, görülən işlərə diqqət yetirdikdə Heydər Əliyev Fondunun fəaliyyətinin geniş bir coğrafiyanı əhatə etdiyinin şahidi olarıq. Bəşəri irsin müdafiəsi ilə bağlı Fransadakı XIV əsrə aid Strasburq Kilsəsində aparılan təmir, Luvr Muzeyində və Versal Sarayında yenidənqurma işləri bu fəaliyyətin parlaq nümunəsidir.  Pakistanda baş vermiş zəlzələdən  sonra Müzəffərabadda dağılmış məktəbin yerində Mehriban Əliyevanın təşəbbüsü ilə tikilən qızlar üçün yeni müasir məktəbin istifadəyə verilməsi, Bəluçistan, Pəncab bölgələrində  humanitar layihələrdən ibarət silsilə tədbirlərin həyata keçirilməsi, peyvəndləşdirmə və açıq ürək əməliyyatları aparılması, Hayber Göz Fondunun Pişəvarda yerləşən göz klinikası üçün yeni binanın inşasına maddi yardım göstərilməsi ölkəmizin Pakistanla qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində böyük rol oynamışdır.

Heydər Əliyev Fondu Gürcüstandakı azərbaycanlıların təhsilinə müntəzəm dəstək və yardım göstərir. Heydər Əliyev Fondu Gürcüstanda soydaşlarımızın durumu ilə daim maraqlanır, orada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında borçalılılara böyük dəstək verir. Xüsusən məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fond "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanda azərbaycanlıların yaşadıqları regionlarda təhsilin, məktəb infrastrukturunun inkişafı üçün çox mühüm işlər görür. "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı da yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.

Belə fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə "Yaqut Xaç" ordeninə, təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə Azərbaycanın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə XXVII dünya çempionatının respublikamızda yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə "2005-ci ilin adamı" adına, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESCO-nun xoşməramlı səfiri adına, Ümumdünya Səhiyyə Təşkilatı  İcraiyyə Komitəsinin yekdil qərarı ilə  ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə Rusiyada "Qızıl ürək" beynəlxalq mükafatına, yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərilməsi sahəsində İslam Konfransı Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığa görə "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" diplomuna, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə layiq görülmüşdür.

Bu gün əminliklə demək olar ki, Heydər Əliyev Fondu, onun rəhbərliyinin çoxşaxəli fəaliyyəti ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətini tamamlayır.

 

 

Leyla ABDULLAYEVA,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.4.