Sumqayıtda «Şəhər
günü» bayramı
Bütün
bayramları bir-birindən maraqlı töhfələrlə
qarşılamaq, onlara yeni
çalarlar qatmaq
Sumqayıtda artıq adət şəklini alıb. Sentyabrın 20-dən
Sumqayıtda musiqi
sədaları eşidilir, milli
geyimli oğlan və
qızlar şəhərin müxtəlif yerlərində qurulmuş meydanlarda rəqs
edir, şənlənirlər.
Sumqayıtda "Şəhər günü"
bayramına bir neçə gün idi ki,
hazırlıq gedirdi. Yaşı 60-ı
keçən şəhərin sakinləri, dövlət və
özəl müəssisələrin təmsilçiləri bu əlamətdar tədbirin maraqlı
keçməsi üçün əllərindən
gələni əsirgəmədilər.
Sentyabrın
26-ı səhər saatlarında ümummilli
lider Heydər Əliyevin abidəsinin
ucaldığı eyniadlı prospektdən "Şəhər
günü" bayramına start verildi. Sumqayıt
Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov və
tədbirə dəvətli qonaqlar ulu öndərin abidəsi önünə
çiçəklər düzdülər.
Tədbir daha sonra şəhərin Corat kəndində davam etdirildi. Qeyd edək ki,
son dövrdə bu qəsəbədə xeyli
abadlıq işləri
aparılmış, yol
infrastrukturu yeniləşmiş,
sosial sahədə mühüm işlər görülmüşdür. Qəsəbənin girəcəyində
ucaldılan qala divarları üzərinə
düzülən toplar,
keçmişi xatırladan
bazar yeri, dəvə karvanı, şaqraq mahnılar tədbir
iştirakçılarına tariximizi vərəqləməyə imkan
verdi. Milli adət-ənənələrimizi
əks etdirən sərgilər, onlarca eksponat tamaşaçıları
gözəlliyi və
qədimliyi ilə heyran qoydu.
Süvarilərin düzülüşü və
dəvələrin keçidi
elə nizamlanmışdı
ki, sanki bu zəmanədən qopub 2000 il geriyə
atılaraq, özün
də hiss etmədən
böyük bir təntənəli izdihamın
iştirakçısına çevrilirdin. Mərasimə "dəvətli" məşhur Roma sərkərdəsi
Pampeyin Corata səfəri aktyorlar tərəfindən elə
gözəl oynanılırdı
ki, tədbirə toplaşanlar heyranlıqlarını
gizlədə bilmirdilər.
Milli ordu əsgərlərinin nümayiş etdirdikləri
qladiatorların döyüşləri
və başqa səhnələr alqışlarla
qarşılandı.
Müxtəlif nazirliklərin, respublikamızda
olan xarici ölkələrin səfirliklərinin
təmsilçilərinin, Milli
Məclisin deputatlarının,
qonşu rayonların icra başçılarının
və ictimai təşkilatların nümayəndələrinin
iştirak etdiyi "Şəhər günü"
bayramı təzəcə istifadəyə
verilmiş Bayraq meydanında davam etdirildi. Hərbçilərin keçidi ilə
başlayan parad respublikamızın digər
şəhər və
rayonlarından tədbirə
gələn qonaqların
onlara qoşulması ilə davam etdi. İdmançılar, motosikletçilər, kartinqçilər, Rusiyanın
"Barabançı qızlar"ı
respublikamızın müxtəlif
bölgələrinin musiqi
kollektivləri bənzərsiz
çıxışları ilə bayram iştirakçılarını valeh etdilər. Rusiyanın motosikletçilərdən ibarət
qrupu tamaşaçılar
qarşısında maraqlı
nömrələrlə çıxış
etdilər.
Şəhər sakinləri Sumqayıtda
baş verən son dəyişiklikləri və
bütün yenilikləri
ürəkdən alqışladıqlarını,
abadlıq-quruculuq işlərindən
razı qaldıqlarını
bildirdilər.
Ümummilli lider
Heydər Əliyev tərəfindən "Kiçik
Azərbaycan" adlandırılan
Sumqayıt ulu öndərin ideyalarını
reallaşdıran nümunə
kimi intibah dövrünü
yaşamaqdadır. Şəhər gənc olsa da, tarixə malikdir və böyük iqtisadi uğurlar qazanmışdır.
Hazırda bu proses davam etməkdədir.
Ulu öndərin Azərbaycana
rəhbərlik etdiyi dövrdə Sumqayıt sosial-iqtisadi sahədə daha sürətlə inkişaf etmiş, qarşıda duran vəzifələrin uğurla
yerinə yetirilməsində
bütün imkanlarını
səfərbərliyə almışdır.
Tədbir iştirakçıları ölkə başçısının
tövsiyə və tapşırıqlarına həmişə
dəstək verəcəklərini, bundan sonra da ön
sırada olacaqlarını
əminliklə vurğuladılar.
"Şəhər günü"
xüsusi proqramla hazırlanmış möhtəşəm
bayram konserti və atəşfəşanlıqla başa
çatdı.
Akif ƏLİYEV
Azərbaycan.-2012.- 27 sentyabr.- S. 6.