Şəhər günü sumqayıtlılar üçün əsl bayram olmuşdur

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov demişdir: "Sumqayıtda Şəhər günü çox yüksək səviyyədə keçmişdir. Bu, sumqayıtlılar üçün əsl bayram olmuşdur. Sanki bütün şəhər küçə və meydanlara çıxmışdı, gənclər lap çox idi". Ə.Həsənov Şəhər günündən aldığı təəssüratlarını bölüşərək demişdir: "İnsanların çöhrəsində təbəssüm vardı, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bu, dövlət başçısının insanlara xidmət etmək, onları sevindirmək, xalqın rifahını yaxşılaşdırmaq strategiyasının mühüm tərkib hissəsidir".

Sumqayıt rəhbərliyi vəzifələrini müvəffəqiyyətlə yerinə yetirir, respublika rəhbərinin tapşırıqlarını fəal surətdə həyata keçirir.

Baş nazirin müavini demişdir: "Qeyd etmək lazımdır ki, ümumiyyətlə, Sumqayıt həmişə kadr meydanı olmuşdur. Bir çox respublika miqyaslı rəhbər işçilər Sumqayıtda işləyib təcrübə qazanmışlar". Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu praktikanı dövlət başçısı İlham Əliyev müvəffəqiyyətlə davam etdirir.

Əli Həsənov demişdir: "Sumqayıtın gözəl ənənələri vardır. Şəhər bu güninkişaf edir və nailiyyətlərini artırır. O təmizdir, abaddır, sakinlərinin və şəhərin qonaqlarının könlünü açır. Mən fəxr edirəm ki, 45 ildir Sumqayıtın sakiniyəm".

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.2.