Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı müzakirələr aparılmışdır
Sentyabrın 27-də Azərbaycanın
müdafiə naziri, general-polkovnik
Səfər Əbiyev Fransanın ölkəmizdəki səfiri
Paskal Mönye ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
regionda hərbi-siyasi vəziyyət və
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı müzakirələr
aparılmışdır.
Paskal Mönye Fransanın ölkəmizə
təyin olunmuş yeni hərbi attaşesini Azərbaycanın
müdafiə nazirinə təqdim etmişdir.
Azərbaycan.-2012.-28
sentyabr.-S.2.