Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı müzakirələr
aparılmışdır
Sentyabrın 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmışdır.
Paskal
Mönye Fransanın ölkəmizə təyin olunmuş yeni
hərbi attaşesini Azərbaycanın müdafiə nazirinə
təqdim etmişdir.
Azərbaycan.-2012.- 28 sentyabr.- S. 2.