Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçirilmişdir

 

 Sentyabrın 26-da Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının doqquzuncu iclası keçirilmişdir.

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev və Qazaxıstan tərəfdən həmsədr, neft və qaz naziri Sauat Mınbaevin başçılığı ilə nümayəndə heyətləri iştirak etmişlər.

Komissiyanın iclasında ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq, həmçinin nəqliyyat, səhiyyə, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil, elm, turizm, idman və mədəniyyət sahələrində əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Tədbirdə keçən il sentyabrın 29-30-da Komissiyanın Bakıda keçirilmiş səkkizinci iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.

İclasın yekun Protokolunu Natiq Əliyev və Sauat Mınbaev imzalamışlar.

 

 

 Qulu KƏNGƏRLİ,

AzərTAcn xüsusi müxbiri

Astana

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.4.