Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər
institutlarının rektor və dekanlarının 40-cı
Ümumdünya Forumunun Azərbaycanda keçirilməsi əlamətdar
hadisədir
Diplomatik
Akademiya və Beynəlxalq Münasibətlər
institutlarının rektor və dekanlarının 40-cı
Ümumdünya Forumunun Azərbaycanda keçirilməsi əlamətdar
hadisədir.
Bu sözləri xarici işlər
nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının
rektoru Hafiz Paşayev sentyabrın 27-də jurnalistlərə
açıqlamasında demişdir.
ADA-nın rektoru bildirmişdir ki, forumun
keçirilməsinin məqsədi
diplomatiya sahəsində təhsillə bağlı aktual məsələlər
barədə fikir mübadiləsi aparmaq, dünyada həyata
keçirilən dəyişiklikləri nəzərə
alaraq yeni proqramlar tərtib etməkdir. Forumda iştirak edən
nüfuzlu diplomatik təhsil ocaqlarının nümayəndələri
üçün bir-birləri ilə tanış olmaq və gələcək
fəaliyyətlərini müəyyənləşdirmək
imkanı yaradılmışdır. Forumun
iştirakçıları həmçinin Azərbaycan ilə
yaxından tanış olacaqlar.
Hafiz Paşayev qeyd etmişdir ki, forumun
diplomatiya təhsili ilə bağlı olmasına baxmayaraq, tədbirin
panel iclasında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi də müzakirə
olunacaqdır.
AzərTAc
Azərbaycan.-2012.-28
sentyabr.-S.4.