Azərbaycanın aparıcı turizm ölkələrindən birinə çevrilməsi istiqamətində mühüm addımlar atılır

 

 Xəbər verildiyi kimi, sentyabrın 26-da Avstriyanın paytaxtı Vyanada "Qafqaz və Mərkəzi Asiya - Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi" mövzusunda Nazirlər Konfransı keçirilmişdir.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransda çıxış edən Əbülfəs Qarayev ölkəmizdə turizm sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizm sektorunun inkişafına xüsusi diqqət göstərdiyini iclas iştirakçılarının nəzərinə çatdıran Əbülfəs Qarayev qeyd etmişdir ki, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbulu, bu sahədə kiçikorta sahibkarlığın təşviqi, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir çox mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Turizm Təşkilatı (DTT), Avropa Şurası (AŞ), İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiyaİqtisadi inkişaf naminə təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurmuş, bu sahədə həyata keçirilən beynəlxalq proqramlara fəal surətdə qoşulmuşdur. Bunun nəticəsi olaraq Azərbaycan 30-a yaxın ölkə ilə turizm sahəsində əməkdaşlığa dair saziş imzalamış, ölkəmizin turizm potensialının beynəlxalq arenada tanınmasında mühüm irəliləyişə nail olmuş, iştirak etdiyimiz beynəlxalq turizm sərgilərinin sayı artmış və coğrafiyası genişlənmişdir.

Ə.Qarayev məlumat vermişdir ki, son 5 ildə Azərbaycan London, Paris, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və  digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak etmiş,  respublikamızın turizm potensialı 70-ə yaxın beynəlxalq sərgidə nümayiş etdirilmişdir. 2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. Bunların sırasına "CNN", "Euronews", "National Geographic", "Travel Channel",  "BBC" "CNBC" kimi nüfuzlu televiziya kanalları daxildir.

Nazir hər il Bakı şəhərində ənənəvi "AİTF" Beynəlxalq turizm səyahətlər sərgisinin keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası genişlənir, turizm şirkətlərinin sayı ildən-ilə artır. 2012-ci ildə iştirakçı ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatmışdır.

Əbülfəs Qarayev çıxışında ölkəmizdə turizm xidmət sahəsində fəaliyyət göstərən qurumlar barədə danışmışdır. Qeyd olunmuşdur ki, mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi səmərəli idarəetmə sisteminin təşkili məqsədi ilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 2008-ci ildə isə turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması, turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli beynəlxalq tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə Azərbaycan Turizm Assosiasiyası yaradılmışdır. 2010-cu ildən turizm sahəsində özəl sektorun işinin səmərəli təşkili məqsədi ilə sözügedən iki qurum birləşərək AZTA adı altında fəaliyyət göstərməkdədir.

Çıxışda həmçinin vurğulanmışdır ki, Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri qış turizm növlərinin inkişaf etdirilməsi məqsədi ilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşa olunmasıdır. Kompleksin tikintisi başa çatdıqdan sonra hər gün 10.000 turistin qəbulu təmin ediləcək, 5000-ə yaxın yerinin təşkilinə imkan yaranacaqdır. Ölkə başçısının bölgəyə mütəmadi baş çəkərək kompleksin tikinti prosesi ilə yaxından maraqlanması bu layihəyə dövlət qayğısının bariz sübutu kimi qiymətləndirilməlidir.

Nazir ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin başqa bir məntiqi nəticəsi kimi 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsini diqqətə çatdırmışdır. Bildirmişdir ki, il ərzində həyata keçirilən tədbirlər respublikada turizmin daha da inkişaf etdirilməsinə mühüm töhfə vermiş, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin eləcə xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasında mühüm rol oynamışdır.

Qeyd olunmuşdur ki, turizm sektorunda görülən işlər ölkədə turist axınına da müsbət təsir edir. Ötən il Azərbaycana gələn əcnəbilərin sayı ilk dəfə 2 milyonu aşmış, ölkəmiz 2 milyon 239 min qonaq qəbul etmişdir. Bu, 2010-cu ilin göstəricisinə  nisbətən 14 faiz çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz  artmışdır. Onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Əgər  beş il bundan əvvəl  ölkədə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idisə, təkcə ötən il Azərbaycanda 30 mehmanxana mehmanxana tipli obyekt istifadəyə verilmişdir. Hazırda isə ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.

Digər ölkələrin nümayəndələrinin çıxışından sonra müzakirələr konfrans-debatlar şəklində davam etdirilmişdir.

Vyanaya səfəri çərçivəsində mədəniyyət turizm naziri  Əbülfəs Qarayev Avstriyanın iqtisadiyyat, ailə gənclər üzrə federal naziri Reinhold Miterlener ilə görüşmüşdür.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti perspektivləri müzakirə edilmişdir.

Əbülfəs Qarayev bildirmişdir ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırmışdır.

Avstriyalı nazir isə öz növbəsində Azərbaycan ilə turizm sahəsində əlaqələrin inkişafının vacibliyini qeyd edərək bu sahədə intensiv görüşlərin əhəmiyyətini vurğulamışdır.

Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması işçi qrupun yaradılması barədə razılıq əldə olunmuşdur.

Mədəniyyət və turizm naziri səfər çərçivəsində, həmçinin "Atlantis" şirkəti və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri ilə görüşlər keçirmiş, "Circle Diplomacy" jurnalına müsahibə vermişdir.

 

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.6.