Şamaxıda Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş tematik sərgi açılmışdır

 

 Şamaxı  Rayon  Mədəniyyət və Turizm  Şöbəsi  dahi  Azərbaycan şairi  və mütəfəkkiri  Nizami Gəncəvinin  anadan olmasının 870 illik yubileyi  münasibətilə  silsilə tədbirlər keçirir.

AzərTAc xəbər verir ki, bu tədbirlər çərçivəsində rayon  mərkəzi  kitabxanasında dahi sənətkarın həyat və yaradıcılığına həsr olunmuş tematik sərgi açılmışdır.  Üç bölmədən ibarət sərgidə xalqımızın milli sərvəti olan Nizami irsi ümumbəşəri dəyərləri özündə əks etdirən zəngin bir xəzinə kimi təqdim olunur. Burada dahi yaradıcının "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"  və "İsgəndərnamə" poemalarından ibarət "Xəmsə"si, ayrıca olaraq ümumbəşəri dəyərləri özündə əks etdirən fəlsəfi düşüncələri gözəl  tərtibatda, xüsusi zövqlə hazırlanaraq nümayiş etdirilir.

 

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.6.