«Nə sülh, nə də müharibə» şəraiti həmişəlik davam edə bilməz

 

 Bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransının iştirakçılarını qəbul edən zaman bildirib

 

 Azərbaycan müstəqil dövlət olaraq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani misal ola bilər. Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diasporlobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlikiqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də tamamilə məntiqə uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır.

Azərbaycan diplomatiya sahəsində qazandığı uğurlar, danışıqlar prosesində siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı narahat edir. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqiiqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud status-kvonun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır.

İşğalçı Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu  həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalarsivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə, həmsədrlər 20 ilə yaxın müddətdə "Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi" kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişənin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Xarici dəstək hesabına yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.

Prezident İlham Əliyev bu günlərdə "Körpülərin salınması" beynəlxalq konfransında iştirak edən nümayəndələri qəbul edib. Ölkə başçısı bildiriib ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir: "Fikrimcə, körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir".

Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Bildiyiniz kimi, ən böyük problemimiz artıq 20 ildir davam edən işğaldır. Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağheç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. "Nə sülh, nə də müharibə" şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir. Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir".

ATƏT həmsədrlərinin son bəyanatları göstərir ki, artıq fövqəlgüclər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi vurğulana bilər. Azərbaycanın sülh danışıqları nəticə verməyəcəyi təqdirdə münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir.

İşğalçı Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, Azərbaycanın artan iqtisadi, siyasi, hərbi qüdrəti qarşısında uzun müddət tab gətirə bilməyəcək. Aparılan sülh danışıqları heç bir nəticə verməzsə, Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarını işğaldan azad etmək hüququnu özündə  saxlayır. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

 

 

Azərbaycan.-2012.- 29 sentyabr.- S. 1.