TANAP təbii qazı
Türkiyəyə və Avropaya daha böyük həcmdə nəql etməyə
imkan yaradacaq
Azərbaycanın
sürətli inkişaf dinamikası yeni-yeni qlobal layihələrin
həyata keçirilməsinə imkan verir. Bu, ölkəmizin
iqtisadi qüdrətini artırmaqla bərabər, dünyada
baş verən hadisələrə təsir imkanlarını
artırır. Qədim İpək Yolunun modernləşdirilməsi,
Rusiya və İran istiqamətində tranzit
marşrutlarının yenidən qurulması,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin
sürətləndirilməsi, çoxşaxəli regional
infrastruktur sisteminin yaradılması buna misal ola bilər.
Ümumiyyətlə, enerji təchizatının
şaxələndirilməsi prioritet kimi həmişə Azərbaycan
hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən
biridir. Dövlətimizin enerji siyasətinin əsas məqsədi
qaz ixrac boru kəmərləri şəbəkəsini
genişləndirməklə yaxın-uzaq ölkələrə
etibarlı çıxış əldə etməkdir. Azərbaycan
ilə Türkiyə arasında TANAP - Trans-Anadolu qaz kəmərinin
inşasına dair ikitərəfli sənədlərin
imzalanması bu baxımdan mühüm addımdır. "Cənub
enerji dəhlizi" layihəsinin əsasını təşkil
edən TANAP Türkiyə və Avropa
istehlakçılarını Azərbaycan qazı ilə təchiz
etmək məqsədi daşıyır. Qısa bir zamanda beynəlxalq
birliyin enerji gündəmində qərar tutmuş TANAP layihəsi
nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı
yeni səviyyəyə qaldırdı, eyni zamanda, Avropanın
enerji təhlükəsizliyi məsələsinin praktik həlli
üçün mühüm təkan oldu. Kəmərin ilkin
ötürücülük qabiliyyəti 16 milyard kubmetr həcmində
planlaşdırılır. Gələcəkdə
"Şahdəniz-2" layihəsi və Xəzərin Azərbaycan
sektorundaki digər yataqlarından hasil olunacaq qaz artdıqca bu
göstərici dəyişə də bilər. Layihələni
həyata keçirmək üçün ARDNŞ (80 faiz),
Türkiyənin BOTAŞ və TPAO şirkətləri (20
faiz) tərəfindən birgə müəssisə
yaradılıb. "Şahdəniz" konsorsimunun üzvləri
olan BP, Statoyl və Total şirkətləri bu layihədən
pay almaq üçün müraciət etmişlər.
Dövlət başçısı
İlham Əliyev Trans-Anadolu qaz kəməri layihəsini bir
neçə səbəbə görə tarixi layihə
adlandırıb: "İlk növbədə bildiyiniz kimi,
uzun illərdir ki, Azərbaycan və ümumiyyətlə, Xəzər
qazının Avropaya çatdırılmısı ilə
bağlı müzakirələr, danışıqlar
aparılır, konfranslar, zirvə görüşləri
keçirilir. Ən azı son yeddi il ərzində bu məsələ
ilə bağlı müzakirələr gedir, ancaq nəticə
yoxdur. Belə olan halda biz qərara gəldik ki, bu sahədə
də Azərbaycan liderliyi öz üzərinə
götürməlidir. Qısa müddət ərzində
türkiyəli tərəfdaşlarımızla bu məsələ
ilə bağlı müzakirələr, danışıqlar
aparıldı. Layihəyə ad verildi - TANAP. Trans-Anadolu Qaz Kəməri
bütün məsələlər həllini tapdıqdan sonra
keçən ay İstanbul şəhərində gözəl
mərasim keçirildi və TANAP ilə bağlı
bütün sənədlər imzalandı. Yəni bu layihəyə
start verildi. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə
sırf Azərbaycan-Türkiyə layihəsidir".
Ölkə rəhbəri layihənin
uğurlu nəticələr verəcəyini əminliklə
bildirir: "Tam əminəm ki, bu layihənin uğurlu nəticələri
olacaq. Çünki bugünə qədər Azərbaycan tərəfindən
irəli sürülmüş layihələrin heç biri
iflasa uğramayıb. Hər biri gözəl nəticələrlə
sonuclanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Supsa,
Bakı-Novorossiysk kəmərləri və digər kəmərlər
Azərbaycan tərəfindən icra edilib... Biz bütün hədəflərə
çatmışıq. Bu gün bir daha demək istəyirəm
ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin
edib, başqa ölkələrin enerji təhlükəsizliyi
məsələsinin həllində iştirak edir və gələcəkdə
daha da geniş şəkildə iştirak edəcəkdir. Bu
bizə imkan verəcək ki, öz qaz resurslarımızı
Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə
nəql edək". Prezident İlham Əliyev diplomatik xidmət
orqanları rəhbərlərinin dördüncü
müşavirəsindəki çıxışında
da enerji diplomatiyamızdan
danışarkən TANAP-la bağlı bildirmişdir ki,
Avropra İttifaqına üzv olan ölkələrin enerji
balansında Azərbaycan neftinin payı 25-30 faizdir. Azərbaycanın
qazı Avropa məkanında gözlənilir və biz bu
istiqamətdə işlər aparırıq: "Bu gün
TANAP layihəsinə qoşulmaq istəyənlərin sayı
artır. Avropa ölkələri rəsmi olaraq bu layihələrə
dəstək verir. Əgər biz bu layihəni ortaya
qoymasaydıq nələr olardı? Hazırda bizim orada 80 faiz
payımız var. Bu layihə bizə imkan verəcək ki,
yüz il bundan sonraki dövrdə də Azərbaycan
etibarlı enerji təminatçısı olsun. Ən azı
yüz il. Bizim maliyyə gücümüz, siyasi
gücümüz artacaqdır, təsiretmə
imkanlarımız genişlənəcəkdir və bizimlə
daha çox hesablaşacaqlar..."
Azərbaycan Prezidenti bu yaxınlarda
Fransada işgüzar səfərdə olarkən də
TANAP-ın perspektivlərindən danışmışdı:
"İqtisadi göstəricilərə nəzər salsaq,
düşünürəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə
nail olmuşuq. Azərbaycanın təsdiq edilmiş təbii
qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Artıq qeyd
etdiyim kimi, biz yeni boru kəməri sistemi üzərində də
iş aparırıq. Bu layihə, xüsusilə regionun və
Avropanın enerji xəritəsini dəyişəcək TANAP
layihəsidir. Layihədə Fransa şirkətlərini tərəfdaş
kimi görməyə şad olarıq".
Fransa Sahibkarlar Təşkilatının
- MEDEF-in üzvü Mişel Borrel də bu məsələyə
toxunaraq, Azərbaycanın gələcəyini
vurğuladı: "Biz CP, onun genişləndirilməsi və
Türkiyədən keçməklə Avropa bazarlarına gedəcək
TANAP layihəsi üçün Sizin də qeyd etdiyiniz kimi,
strateji cəhətdən əhəmiyyətli infrastrukturun
qurulmasında həm operator və SOCAR-la birlikdə işləmişik.
Sonra bu iki rəqib boru kəməri qazı ya İtaliya, ya da
daha yuxarı, Avstriyaya-Avropa qaz bazarının bir hissəsinə
çatdıracaqdır. Bu sahədə tərəfdaşlıq
əsas şərtdir".
Göründüyü kimi, Azərbaycan
Avropanın enerji təhlükəsizliyi məsələləri
ilə bağlı tərəfdaşlarla birgə fəaliyyət
göstərir. Gələcəyinə böyük ümidlərlə
baxılan TANAP da çox keçmədən şaxələndirilmiş
iqtisadiyyatımızın bir qoluna çevriləcək.
Azərbaycan.-2012.- 29 sentyabr.-
S. 1.