ATƏT-in Minsk qrupunun həmsədrləri:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində
mövcud status-kvo qəbuledilməzdir
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin
67-ci sessiyası çərçivəsində ATƏT-in
Minsk qrupunun həmsədrləri ilə
görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Azərbaycanın
işğal olunmuş ərazilərindən Ermənistan
silahlı qüvvələrinin hələ də
çıxarılmaması nəticəsində rəsmi
Yerevanın birbaşa günahı ucbatından münaqişənin
nizamlanması prosesində yaranmış durğunluq vəziyyəti
müzakirə edilmişdir.
E.Məmmədyarov bildirmişdir ki,
status-kvonu saxlamaq üçün Ermənistan tərəfi
müxtəlif bəhanələrə əl atır.
Həmsədrlər ölkələrinin
prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində mövcud status-kvonun qəbuledilməz
olduğunu vurğulamışlar.
Nazir bir daha həmsədrlərin diqqətinə
çatdırmışdır ki, Ermənistan silahlı
qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmayana qədər regionda sülh, təhlükəsizlik
və sabitlik təhdid altında olacaqdır.
Azərbaycan.-2012.-
29 sentyabr.- S. 1.