Cəlilabad rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Otuz üç min nəfər
əhalinin yaşadığı 21 yaşayış məntəqəsini
birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2012-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
29 sentyabr.- S. 1.