Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 216
şəhəri, 28 sentyabr 2012-ci il
"Dövlət müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin
ilinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə
Qaydalar"ın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarında əyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti
qərara alır:
1. "Dövlət müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas
vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar"ın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹
11, maddə 965; 2005, ¹ 11, maddə 1076; 2006, ¹ 1, maddə 59;
2009, ¹ 4, maddə 290, ¹ 10, maddə
846) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və
1-ci hissəsində "əsas vəsaitlərin" sözləri
", həmçinin
oğurlanmış və ya naməlum
şəraitdə itmiş əsas vəsaitlərin
(fondların)" sözləri ilə əvəz edilsin;
1.2.
həmin qərarla təsdiq edilmiş
"Dövlət müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin
silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar" üzrə:
1.2.1. adında
"əsas vəsaitlərin" sözləri ", həmçinin
oğurlanmış və ya naməlum
şəraitdə itmiş əsas vəsaitlərin
(fondların)" sözləri ilə əvəz edilsin;
1.2.2.
1.2-ci bəndə "balansında olan"
sözlərindən sonra
"oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala
düşmüş" sözləri əlavə
edilsin və həmin bənddə
"habelə bu vəsaitlərin"
sözləri "habelə yararsız hala
düşmüş vəsaitlərin"
sözləri ilə əvəz edilsin;
1.2.3. 2.1-ci bəndə
(ikinci halda) "(fondlar)," sözündən sonra
"habelə oğurlanmış və ya
naməlum şəraitdə itmiş əsas
vəsaitlər (fondlar)" sözləri
əlavə edilsin;
1.2.4. 2.3-cü bəndə
aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"oğurlanmış
və ya naməlum şəraitdə itmiş əmlaklar üzrə təşkilatın
mühasibat uçotu
sənədləri, o cümlədən əmlakın
inventarizasiyasına dair sənədlər,
texniki pasport, əsas
vəsaitin (fondun) oğurlanması və ya naməlum şəraitdə itməsi ilə
bağlı Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin, nəqliyyat vasitələri üzrə isə əlavə
olaraq Baş Dövlət
Yol Polisi İdarəsinin
təsdiqedici sənədi və inventarizasiya
komissiyasının rəyi əsasında əmlakın (qiymətlilərin)
uçotdan çıxarılması aktını
tərtib etmək (aktın nümunəvi forması
Qaydaların 3 nömrəli əlavəsində verilir).";
1.2.5.
Qaydaların mətninə və həmin Qaydaların 1 və
2 nömrəli əlavələrinə ismin
müvafiq hallarında "əsas vəsaitlər"
sözlərindən sonra ismin
müvafiq hallarında "(fondlar)" sözü əlavə
edilsin;
1.2.6. 2.4-cü bənddən "əsas
vəsait obyektlərinin" sözləri
çıxarılsın;
1.2.7.
aşağıdakı məzmunda 2.14-cü bənd əlavə
edilsin:
"2.14. Oğurlanmış və ya naməlum
şəraitdə itmiş əsas vəsaitlər
(fondlar) 10 (on) il müddətində tapılmadıqda və
aparılmış əməliyyat-axtarış tədbirləri
heç bir nəticə
vermədikdə Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin, nəqliyyat
vasitələri üzrə isə əlavə olaraq Baş Dövlət Yol Polisi İdarəsinin
bu barədə məlumatı nəzərə
alınmaqla, həmin əsas vəsaitlər (fondlar)
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin müvafiq rəyi
əsasında təşkilatın balansından silinir.".
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.- 29 sentyabr.- S.2.