"Azərbaycan Respublikasının
ərazisində nəzarət-kassa
aparatlarının tətbiq
olunması haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 215 Bakı şəhəri,
28 sentyabr 2012-ci il
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin:
1.1.1. 9.3.2-ci yarımbəndinə "etmək" sözündən sonra
", texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq" sözləri əlavə edilsin;
1.1.2. 10.8.10-cu yarımbəndinə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək";
1.2. həmin qərarla təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydası"nın:
1.2.1. 2-ci hissəsindən "və olduğu yerin xüsusiyyətinə" sözləri və ikinci cümlə çıxarılsın;
1.2.2. 3-cü hissəsində "NKA-nın Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formadakı qeydiyyat kitabına NKA barədə məlumatları daxil etməklə" sözləri "NKA-nı" sözü ilə əvəz edilsin;
1.2.3. 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
"4. NKA-lar qeydiyyatdan keçirildikdən sonra vergi ödəyicisi müraciət edərsə, ona forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş qeydiyyat vərəqəsi verilir;
1.2.4. 7-ci hissəsinin sonuncu cümləsi çıxarılsın;
1.2.5. 8-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"8.
Nəzarət-kassa aparatlarının elektron üsulla qeydiyyata
alınması və qeydiyyatdan çıxarılması
qaydalarını Vergilər Nazirliyi müəyyən
edir.".
Artur Rasi-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 29 sentyabr.- S.2.