Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 215 Bakı şəhəri, 28 sentyabr
2012-ci il
"Azərbaycan Respublikasının
ərazisində nəzarət-kassa
aparatlarının tətbiq
olunması haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə
"Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanının
1.2-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasının ərazisində
nəzarət-kassa aparatlarının
tətbiq olunması haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1995-ci
il 28 dekabr tarixli 266 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. həmin
qərarla təsdiq edilmiş "Azərbaycan
Respublikasında nəzarət-kassa
aparatlarının satışı,
istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin:
1.1.1. 9.3.2-ci yarımbəndinə
"etmək" sözündən
sonra
", texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi
dövrdə aparılan
əməliyyatların uçotu
kitabını STXM-dən
almaq" sözləri
əlavə edilsin;
1.1.2. 10.8.10-cu yarımbəndinə
aşağıdakı məzmunda
birinci cümlə əlavə edilsin:
"nəzarət-kassa
aparatı istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin
imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı
işləmədiyi dövrdə
aparılan əməliyyatların
uçotu kitabı ilə təmin etmək";
1.2.
həmin qərarla
təsdiq edilmiş
"Nəzarət-kassa aparatlarının
vergi orqanlarında qeydiyyatdan keçirilməsi
Qaydası"nın:
1.2.1. 2-ci hissəsindən
"və olduğu yerin xüsusiyyətinə"
sözləri və ikinci cümlə çıxarılsın;
1.2.2. 3-cü hissəsində
"NKA-nın Vergilər
Nazirliyi tərəfindən
təsdiq olunmuş formadakı qeydiyyat kitabına NKA barədə
məlumatları daxil
etməklə" sözləri
"NKA-nı" sözü
ilə əvəz edilsin;
1.2.3. 4-cü hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"4. NKA-lar qeydiyyatdan keçirildikdən
sonra vergi ödəyicisi müraciət
edərsə, ona forması Vergilər Nazirliyi tərəfindən
təsdiq edilmiş qeydiyyat vərəqəsi
verilir;
1.2.4. 7-ci hissəsinin
sonuncu cümləsi çıxarılsın;
1.2.5. 8-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"8. Nəzarət-kassa
aparatlarının elektron üsulla qeydiyyata alınması və
qeydiyyatdan çıxarılması qaydalarını Vergilər
Nazirliyi müəyyən edir.".
Artur Rasi-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.-
29 sentyabr.- S.2.