Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının xarici işlər nazirlərinin toplantısında
təmsil olunmuşdur
BMT Baş
Məclisinin 67-ci sessiyası
çərçivəsində Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
(QDİƏT) xarici işlər nazirlərinin
toplantısında iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əsasən
təşkilatın səmərəliliyinin
artırılması istiqamətində görüləcək
tədbirlər ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
E.Məmmədyarov
çıxışında hazırda QDİƏT-də sədrlik
edən Türkiyəyə və təşkilatın yeni
baş katibinə uğurlar arzulamışdır.
Nazir təşkilat çərçivəsində
səmərəli qərarvermə mexanizminin
yaradılmasının və islahatların
canlandırılmasının əhəmiyyətini qeyd
etmişdir.
Ötən
toplantıda qəbul olunmuş QDİƏT-in
İqtisadi Gündəliyinin icrası ilə
təşkilatın iqtisadi
imkanlarının artacağını vurğulayan
E.Məmmədyarov gündəliyin icrası üçün
xüsusi fəaliyyət planının
hazırlanmasının vacibliyini də qeyd etmişdir.
QDİƏT-in müxtəlif beynəlxalq
təşkilatlar ilə dialoqu və əməkdaşlığı
yüksək qiymətləndirdiyini deyən nazir qurumun
üzvü olan ölkələrdə həlli
uzadılmış münaqişələrin iqtisadi inteqrasiya
meyllərinə mənfi təsir etdiyini
vurğulamışdır.
Azərbaycan.-2012.-
29 sentyabr.- S.2.