Bakıda «Mədəniyyətlərin
dialoqu şəraitində türk
dünyasında fəlsəfi və mənəvi dəyərlər» mövzusunda beynəlxalq
elmi konfrans başa çatmışdır
Sentyabrın
28-də Bakıda "Mədəniyyətlərin dialoqu şəraitində
türk dünyasında fəlsəfi və mənəvi dəyərlər"
mövzusunda beynəlxalq elmi konfrans işini başa çatdırmışdır.
AzərTAc
xəbər verir ki,
konfransın son günü
professorlar Ali Osman Gündoğan və
Səlahəddin Xəlilovun birgə moderatorluğu
ilə "Fəlsəfədə ümumbəşərilik
və millilik" adlı bölmə
iclasında azərbaycanlı və türkiyəli alimlərin
məruzələri dinlənilərək müzakirə edilmişdir.
Tədbir
çərçivəsində təşkil olunmuş
"Ortaq türk fəlsəfi
terminologiyası" mövzusunda "dəyirmi
masa"da türk
dünyası alimlərinin anlaya biləcəyi
ümumi fəlsəfi terminlərin qəbul
edilməsi, ortaq türk
fəlsəfi terminologiyasının
formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Konfransın yekun iclasında bölmə rəhbərlərinin
hesabatları dinlənilmiş, onların fəaliyyətləri
yüksək dəyərləndirilmişdir.
Sonda tədbir
iştirakçıları birgə bəyannamə qəbul
etmişlər.
Bununla da konfrans işini başa çatdırmışdır.
Azərbaycan.-2012.-
29 sentyabr.- S.5.