K.Gürsoy: Türk xalqlarının fəlsəfə sahəsində
əməkdaşlığının gücləndirilməsi vacibdir
Türk
xalqlarının fəlsəfi fikir
tarixində ümumi cəhətləri çox olduğundan bu sahədə əməkdaşlığın
gücləndirilməsi vacibdir.
Bunu Bakıda keçirilən "Mədəniyyətlərin
dialoqu şəraitində türk
dünyasında fəlsəfi və mənəvi dəyərlər"
mövzusunda beynəlxalq elmi
konfransda iştirak etmək
üçün ölkəmizə gəlmiş
Türkiyənin Vatikandakı səfiri, tanınmış filosof Kənan Gürsoy AzərTAc-a
müsahibəsində
demişdir.
K.Gürsoy bildirmişdir ki, qloballaşma
şəraitində bütün fəaliyyət sahələrində
inteqrasiya prosesi getdiyi kimi, fəlsəfi tədqiqatlar sahəsində
də fəaliyyətlərin əlaqələndirilməsi
olduqca vacibdir. Lakin belə inteqrasiya, ilk növbədə, eyni
fəlsəfi irsi bölüşən doğma xalqların
aralarında getməlidir. Hazırda hər ölkə, hər
xalq öz milli fəlsəfi fikir tarixini tədris edir, gənc
nəsli məhz milli düşüncə ənənələri
zəminində yetişdirməyə çalışır.
Bu, həm də fəlsəfə tarixinə milli prizmadan
yanaşmaq təşəbbüsüdür.
Azərbaycan.-2012.-
29 sentyabr.- S.5.