Azərbaycan bölgədə
uğurlu diplomatiya aparan ölkə kimi qəbul olunur
Prezident
İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
xüsusilə mühüm yer tutur. Aparılan uğurlu
diplomatiya nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar
haqqın və ədalətin Azərbaycanın tərəfində
olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət
kimi tanıyırlar.
Xatırlatmaq
yerinə düşər ki, Azərbaycanı
AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri
nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul
etdiyi rəsmi sənəddə Ermənistan
təcavüzkar dövlət kimi
tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində
Azərbaycan ərazilərinin ermənilər tərəfindən
işğal olunduğu
və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə
ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin
və silahlı qüvvələrin işğal
olunmuş ərazilərdən
çıxarılmasının vacibliyi
vurğulanmışdır. Bu tələblər
AŞ PA-nın 2005-ci il 1690 saylı
tövsiyəsində də öz əksini
tapmışdır. ATƏT-in
faktaraşdırıcı missiyası nümayəndələrinin
2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə
səfəri zamanı isə orada ermənilərin
kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı
təsdiq olunmuş, bu
fakt təşkilatın yekun
hesabatında özünə yer
almışdır.
Ötən
illərdə Azərbaycanın haqlı mövqeyi
təkcə Avropa şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İKT, GUAM və digər
beynəlxalq təşilatlarda da dəstəklənmişdir.
2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş
NATO-nun zirvə görüşünün
yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın
ərazi bütövlüyü, müstəqilliyi
və suverenliyi dəstəklənmiş,
münaqişələrin məhz bu
prinsipləri nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır. Avropa Parlamenti tərəfindən
qəbul edilmiş "Avropa
İttifaqının Cənubi Qafqaz üçün strategiya
ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun
ətrafındakı ərazilərin işğal
altında olması faktı təsdiq edilmişdir.
Qətnamədə həmçinin Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən
çıxarılması, doğma
torpaqlarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərin
tezliklə öz daimi
yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb
olunmuşdur.
Ümumiyyətlə,
rəsmi Bakının yürütdüyü
prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı beynəlxalq
səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm
geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə
ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə
mənfi təsir göstərməklə yanaşı,
bölgədə iqtisadi və siyasi maraqları olan
dövlətlərin mənafelərini ciddi
şəkildə təhdid edir.
Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq
səciyyə daşıması da məhz
bu amillə şərtlənir.
Təəssüf
doğuran haldır ki,
danışıqlar prosesinə real təsir
imkanlarına malik aparıcı dövlətlər
və beynəlxalq təşkilatlar problemin
birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə
etmək istəmirlər. Bəzi Qərb
dövlətlərinin təsiri altında mart
ayında Liviyaya qarşı qətnamə
qəbul edərək tələsik onun
icrasına başlayan BMT-nin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi
bunun əyani təcəssümüdür.
BMT qərarlarının heç
də hamısının səmərəli təsir
gücünə malik
olmadığını təşkilatın Ermənistanın
təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində
qalması bir daha təsdiqləyir.
Buna görə də
işğalçı tərəf indiyə qədər
müəyyən bəhanələrlə
danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. "Nə hərb,
nə sülh" vəziyyəti xarici dəstək hesabına yaşayan
Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan
rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaqla məşğuldur.
Bununla belə, ABŞ, Fransa
və Rusiya prezidentləri son
açıqlamalarında
münaqişənin həllinin uzanmasına görə
narahatlıqlarını ifadə ediblər. Münaqişənin
həllinə beynəlxalq səviyyədə yönəlmiş
səylər də nəzərəçarpacaq dərəcədə
güclənib. Prezident İlham
Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin
dördüncü müşavirəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə də toxunub:
"Biz bölgədə söz
sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm
olacaqdır. Biz heç
vaxt imkan verə bilmərik
ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi,
enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid
etmişik, bunu gizlətmirik.
Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz
bəhrəsini verir. Əgər məsələni
sülh yolu ilə həll
etmək üçün bizə daim mesajlar göndərən
tərəfdaşlar, doğrudan da istəyirlər ki,
bölgədə sülh olsun,
Ermənistan işğal edilmiş
torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə, məsələnin
başqa yolla həll
edilməsi istisna deyildir.
Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə
verir. Sadəcə olaraq,
Azərbaycanın sülhsevər siyasəti, bölgədə
artıq sabitldəşdirici amil kimi çıxış etməsi bizi bu radikal
addımlardan hələ ki çəkindirir.
Ona görə məsələnin tezliklə
həlli hər tərəfin marağında
olmalıdır".
Azərbaycan
tərəfi açıq bəyan edib ki, sülh
danışıqları nəticə verməzsə,
münaqişə hərb yolu ilə həll
ediləcəkdir. İşğalçı Ermənistan
dövləti də qeyri-konstruktiv
mövqeyindən əl çəkərək Azərbaycan
torpaqlarını qeyd-şərtsiz azad
etməlidir. Status-kvonun dəyişdirilməsi üçün əsl vaxtdır. Əks təqdirdə,
təcavüzkar Ermənistan öz
qarşısında qüdrətli Azərbaycan ordusunu görəcək.
Elnur HACALIYEV
Azərbaycan.-2012.- 30 sentyabr.- S.1.