Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi ali hərbi rütbələrin verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

 

Hüseynov Natiq Əlabbas oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin rəisi

Bayramov Nazir Hümbət oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi

Məmişov Niyaz Balaca oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi

 

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ədliyyə general-mayoru ali hərbi rütbəsi verilsin:

 

İmranov Şəfahət Aydın oğlu - Azərbaycan Respublikası Hərbi prokurorunun müavini

Kazımov Rasim Sadıq oğlu - Azərbaycan Respublikası Hərbi prokurorunun müavini

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 1.