Azərbaycan Prezidenti
İlham Əliyev Fransa
Senatının enerji araşdırma qrupunun əmsədrinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də
Fransa Senatının enerji araşdırma qrupunun həmsədri
senator Ladislas Poniatovskinin başçılıq etdiyi
senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod
Leniordan ibarət nümayəndə heyətini qəbul
etmişdir.
Dövlətimizin
başçısı Fransa Senatının enerji
araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə
səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin
daha da genişləndirilməsi işinə xidmət edəcəyinə
ümidvar olduğunu vurğuladı. Fransaya bu yaxınlarda səfər
etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev
bildirdi ki, Prezident Fransua Ollandla görüşü və səfər
zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa
münasibətlərinin strateji xarakter
daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin
inkişafında parlamentlərarası əməkdaşlığın
önəmini qeyd edən dövlətimizin
başçısı Fransa Senatı nümayəndələrinin
ölkəmizə səfərinin bu əməkdaşlığın
daha da gücləndirilməsi işinə töhfə verəcəyinə
əminliyini bildirdi.
Nümayəndə heyətinin
bütün üzvlərinin Fransa Senatının enerji
araşdırma qrupunu təmsil etdiyini vurğulayan Ladislas
Poniatovski ölkələrimiz arasında mövcud əlaqələrin
bütün sahələrdə, xüsusilə enerji sektorunda
daha da genişləndirilməsində maraqlı
olduqlarını dedi. Ladislas Poniatovski Azərbaycan Prezidenti
İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandla
görüşən ilk prezidentlərdən biri olmasını
xüsusi vurğuladı.
AzərTAc
Azərbaycan.-2012.-
2 oktyabr.- S.1.