«Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:

"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına aşağıdakı dəyişikliklər  və əlavələr edilsin:

1. Qərarın 16 - 60-cı bəndləri 17 - 61-ci bəndlər, 61 - 74-cü bəndləri 63 - 76-cı bəndlər, 75 - 76-cı bəndləri 78 - 79-cu bəndlər hesab edilsin.

2. Qərara aşağıdakı məzmunda 16-cı, 62-ci və 77-ci bəndlər əlavə edilsin:

16. Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Babayev Muxtar Bahadur oğlu

62. Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Salayev Hacı Hacı Baba oğlu

77. Azərbaycan - Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Feyziyev Cavanşir  Əyyub oğlu

 

 

 O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 3.