Uilfred Martens: Azərbaycan bir nümunədir

 

Avropa Xalqları Partiyası (AXP) bu qurumun sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında məlumat yaymışdır.

AzərTAc xəbər verir ki, məlumatda AXP sədrinin Gürcüstan və Azərbaycana 4 günlük səfəri çərçivəsində keçirdiyi görüşləri və fikirləri yer almışdır.

Qeyd olunur ki, Uilfred Martens Azərbaycana səfəri zamanı müəllifi olduğu "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimində çıxış etmişdir. Təqdimat mərasimində hökumət nümayəndələri, Milli Məclisin deputatları, akademiklər, gənc siyasətçilər və s. iştirak etmişlər. O, həmçinin Yeni Azərbaycan Partiyasından olan gənclərə Avropaya inteqrasiya haqqında mühazirə oxumuşdur. Bundan əlavə, onun Qafqaz müsəlmanlarının şeyxi, xristian ortodoks kilsəsinin və yəhudi icmasının nümayəndələri ilə səmərəli görüşləri də olmuşdur. Səfərin sonuncu günü Uilfred Martens Azərbaycan  Prezidenti İlham Əliyev ilə görüşmüşdür.

Gürcüstana və Azərbaycana səfərinin çox məhsuldar keçdiyini vurğulayan U.Martens bildirmişdir ki, səfər çərçivəsində bir daha əmin oldum ki, bu ölkələrdə "Şərq tərəfdaşlığı" proqramının gerçəkləşməsinə maraq çoxdurAvropa dəyərlərinə inteqrasiya yüksək sürətlə həyata keçirilir.

U.Martens demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev ilə çox dəyərli görüşümüz oldu. Biz Avropaya inteqrasiya, Avropa İttifaqı ilə əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı xüsusi rols. haqqında geniş fikir mübadiləsi apardıq. Bundan əlavə, biz iqtisadi, sosialsiyasi sahədə həyata keçirilən islahatlar haqqında fikirlərimizi bölüşdük. Məhz buna əsasən, bir daha dəqiqləşdirdim ki, Azərbaycan bu islahatlar nəticəsində Avropa İttifaqı, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olmuşdur. Mən Azərbaycanda müxtəlif dinlərin və onların icmalarının dincharmoniya şəklində birgəyaşayışına, tolerant münasibətə heyran qaldım. Bu baxımdan, deyə bilərəm ki, Azərbaycan bir nümunədir".

Avropa Xalqları Partiyası Avropanın ən böyük və ən nüfuzlu sağ-mərkəzçi partiyasıdır. Hazırda 39 ölkədən 74 partiya, həmçinin Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri, Avropa İttifaqına daxil olan 16 və bu birliyə daxil olmayan 6 ölkənin dövlət və hökumət başçıları, Avropa Komissiyasının 13 üzvü Avropa Xalqları Partiyasının üzvüdür. AXP Avropa Parlamentində ən böyük qrupla təmsil olunan yeganə siyasi qurumdur.

 

 

Azərbaycan.-2012.-6 yanvar.-S.4.