GUAM-da sədrlik Azərbaycana keçmişdir

 

 Yanvarın 1-dən etibarən bir il ərzində Azərbaycan GUAM-da sədrlik edəcəkdir.

AzərTAc xəbər verir ki, təşkilatda sədrliyi dövründə Azərbaycanın əsas prioriteti GUAM məkanında münaqişələrin həlli, hüquq-mühafizə sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində işbirliyi, GUAM çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı olacaqdır.

Azərbaycanın GUAM-da sədrliyi ilə bağlı qərar ötən il dekabrın 7-də GUAM Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilmiş toplantısında qəbul edilmişdir.

 

 

Azərbaycan.-2012.-6 yanvar.-S.4.