Gədəbəy rayonunun
bəzi ərazi vahidlərinin
adlarının dəyişdirilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə
uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Gədəbəy rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilsin:
Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılsın və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilsin;
Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliismayıllı kəndi Alnabat kəndi adlandırılsın və Əliismayıllı kənd inzibati ərazi dairəsi Alnabat kənd inzibati ərazi dairəsi hesab edilsin;
Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılsın;
Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılsın və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2011-ci il
Azərbaycan.-2012.-1 yanvar.-S.2.