«Notariat haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 10, ¹ 6, maddə 414; 2001, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə 740; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706; 2004, ¹ 5, maddə 318; 2005, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹ 10, maddə 903, ¹ 11, maddə 993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə 69, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4, maddə 79) 32-ci maddəsinin doqquzuncu, onuncuon birinci hissələri müvafiq olaraq onuncu, on birincion ikinci hissələr hesab edilsin, həmin maddəyə aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:

"Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2012.-1 yanvar.-S.2.