«Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:
"Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹
4, maddə 276) 4.0.3-cü və 6.1.2-ci maddələrində
"qiymətli kağızların idarə olunması üzrə
peşəkar" sözləri "aktivlərin idarə
edilməsi üzrə" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2011-ci il
Azərbaycan.-2012.-1 yanvar.-S.2.