«Elektroenergetika haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 363; 2001, ¹ 11, maddə 696; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 1, maddə 12; 2006, ¹ 8, maddə 657; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 10, maddə 768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 261) 11-ci maddəsinin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Elektrikistilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrikistilik enerjisinin  verilməsinin dayandırılması qadağandır.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2012.-1 yanvar.-S.2.