Qlobal siyasətin müasir lideri

 

 Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına etibarlı təminat yaratdı. Məhz ulu öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməl prinsipidir. 1991-ci ildən 1993-cü ilə qədər parçalanmaq ərəfəsində olan Azərbaycanı dünyanın ən tanınmış dövlətləri sırasına çıxarmağı bacaran, heç bir büdcə ehtiyatı olmayan bir ölkəni bölgənin aparıcı layihələrinin təşəbbüskarı və iştirakçısına çevirən ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın çiçəklənməsinə sərf etdi. Ulu öndər özündən sonra zəngin, qüdrətli, stabilbütöv bir Azərbaycanı xalqımıza miras qoydu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri və bəlkə də birincisi məhz qurduğu siyasi strategiyanı, siyasi kursu davam etdirəcək layiqli lider yetişdirməsi idi. Bu lider artıq 8 ildir ki, Azərbaycanı daha da qüdrətləndirən, Cənubi Qafqaz regionunun lider dövlətinə çevirən, Azərbaycanı dünyanın söz sahibləri ilə bir sıraya çıxaran Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevdir.

Cənab İlham Əliyev prezidentliyi dövründə respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə mühüm dəyişikliklərlə müşayiət olunan genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter almasına impuls verən əhəmiyyətli addımlar atıb. 2003-2008-ci illərdə respublikamızın inkişafına zəmin yaradan iqtisadi potensialın 2008-ci ildən sonrakı dövrdə daha da möhkəmləndirilərək keyfiyyət və kəmiyyət baxımından zənginləşməsi, dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına möhkəm təməllər yaradan strateji proqramların gerçəkləşməsi Azərbaycanın siyasiiqtisadi həyatında yeni üfüqlər açıb. Miqyas baxımından bütün ölkə ərazisini əhatə edən yeni inkişaf konsepsiyası, bütün sahələrin paralel inkişafını özündə ehtiva edən sənədlər toplusu əhalinin sosial rifahının yüksəlməsinə təkan verdi. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin iqtisadi həyatında dinamizm elementlərini sürətləndirən tamamilə yeni bir iqtisadi inkişaf modelini yaratdı. Bu mənada ötən illər ərzində əldə olunan uğurlar, göstəricilər Azərbaycanı regionun şəriksiz liderinə çevirib. Ən əsası isə Prezident İlham Əliyev həmişə - həm birinci dəfə prezident olduğu müddətdə, həm də ikinci dəfə prezident seçildikdən sonra Azərbaycanın regionda ən stabil dövlət olmasını sübut edib. Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafına yeni sürət verməyə nail oldu, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisi üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırdı. Həmin iqtisadi hədəflər iki mərhələdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında öz əksini tapdı. Dövlət başçısı bu proqramları gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişafını təmin etdi. Bu proqramların uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə, son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpasına, rayonların sosial həyatındakı fərqlərin aradan qaldırılmasına, yeni yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Bu proqramlar regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsində baza rolunu oynadı. 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" iqtisadisosial prinsipləri özündə əks etdirməklə qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəddir. Dövlət proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib. Prezident İlham Əliyev proqram çərçivəsində həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq respublikanın rayonlarına səfərlər edib.

Qeyd etmək lazımdır ki, bu cür inkişafı hədəfləyən iqtisadi siyasət maliyyə böhranı kimi ağır bir dövrdə reallaşdırıldı. Bu isə möhtərəm Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsi sayılmalıdır. Cənab İlham Əliyevin ikinci dəfə prezidentlik fəaliyyətinin başlanğıcı dünyanı bürüyən qlobal maliyyə böhranının şiddətli dövrünə təsadüf etsə də, Azərbaycan iqtisadiyyatı bu çətin sınaqdan üzüağ çıxdı. 2009-cu ildə Amerikanın və Avropanın ən inkişaf etmiş dövlətlərində iqtisadi fəallıq 5 dəfədən çox aşağı düşmüşdüsə, Azərbaycan iqtisadiyyatı ciddi böhran meyillərinə məruz qalmadı. 2009-cu ildə respublikamız inkişaf tempinin qorunub saxlanması, sosial-iqtisadi infrastruktur bölmələrində layihələrin davamlılığını təmin etməklə yanaşı, qarşıdakı illərdə iqtisadi tərəqqiyə zəmin yaratdı. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi ssenariləri əhatə etdi. Bu siyasətin davamlı xarakter alması isə bu gün də əhalinin sosial rifahının yüksəlməsində öz əhəmiyyətli rolunu oynayır.

İlham Əliyev fenomeninin başlıca mahiyyəti dövlətə və dövlətçiliyə, xalqa və vətəndaşa xidmət göstərməklə ölkənin inkişafına, hər bir vətəndaşın sosial tərəqqisinə nail olmaq, bu müvəffəqiyyətin və qalibiyyətin təntənəsindən xalqla birlikdə qürur duymaqdır. Bu müvəffəqiyyət, bu uğurlar ötən səkkiz ilin istər siyasi, istər iqtisadi, istərsə də mədəni-sosial bölmələrində özünü ehtiva edir. Dövlət başçısı qəti qərarlar qəbul etməklə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirləri gerçəkləşdirməkdədir. Ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən illər ərzində dövlətin kapital resurslarının böyük bir hissəsinin bu sahəyə yönəldilməsi yeni strategiyanın uğurlarını şərtləndirir. Keçən müddətdə dövlətin gəlirləri ilk növbədə müxtəlif sosial kateqoriyalı insanların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. 2003-cü ildə cəmi 1,2 milyard dollar təşkil edən Azərbaycanın dövlət büdcəsi 2012-ci il üçün 20 milyarda çatıb. Hərbi xərclər dəfələrlə artırılıb. Dövlətin özəl sektorun inkişafına diqqəti nəticəsində 2011-ci ilin doqquz ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz çoxalıb. Bu dövrdə ölkənin maliyyə vəziyyəti daha da yaxşılaşıb, valyuta ehtiyatlarımız 11 milyard dollar artaraq 40 milyard dolları keçib. Bütün bunlara isə iqtisadi inkişafın uğurları nəticəsində nail olunub. Aztəminatlı təbəqənin sosial cəhətdən daha yaxşı müdafiəsi üçün ciddi addımlar atılıb. Ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir. Azərbaycanda həyata keçirilən son pensiya artımının uğurlu icrası göz önündədir. Ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı böyük tədbirlər görülüb. Hazırda işsizliyin səviyyəsi 5,5 faizdir. Son səkkiz ildə Azərbaycanda açılan yerlərinin sayı 950 minə çatıb.

Möhtərəm Prezident İlham Əliyev böyük siyasi xadim kimi dövlət idarəetmə sistemində və xarici siyasətdə digərlərinə nümunə ola biləcək ənənənin müəllifi kimi diqqəti cəlb edir. Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Həm də daxilixarici siyasətdə açıq və çevik xətt nümayiş etdirməsi digər ölkələrlə ikitərəfli münasibətlərin formatına da yeni çalarlar verir. Prezidentin bu barədə mövqeyi qəti və lakonikdir: "Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuqgörürük ki, hətta bəzi hallarda bir-biri ilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır". Azərbaycanın geosiyasiiqtisadi resurslarından rasional düşüncə ilə istifadə edən Prezident bu çevik addımları ilə respublikamızın regionun bütün ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir ölkəyə çevrilməsini təmin edib. Bu tendensiya ilbəil dərin xarakter almaqdadır və Azərbaycan bütünlüklə dünya miqyasında faydalı əməkdaşlıq üçün açıq dövlət olduğunu təsdiqləyir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində 155 ölkənin Azərbaycanı dəstəkləməsi buna əyani sübutdur. Beynəlxalq arenada hələ Prezident seçilməmişdən öncə tanınan, uzun illər Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə rəhbərlik edən möhtərəm İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz haqqında həqiqətlərin dünyada tanınmasına təkan verdi. Məhz bu fəaliyyət dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibətin xeyli dəyişməsinə səbəb oldu. Artıq Azərbaycanın ədalətli mövqeyi bütün dünya tərəfindən dəstəklənir və Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətinə qarşı güclü müqavimət siyasəti qura bilib.

Cənab Prezident ölkə başçısının necə böyük bir məsuliyyət daşıdığını hər zaman vurğulayır və bu məsuliyyətin layiqli şəkildə yerinə yetirilməsinin vacibliyini önə çəkərək qeyd edir: "Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır".

Bəli, xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Bütün nailiyyətlərin əsası da məhz elə budur!

 

 

 

Azər BADAMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2012.-1 yanvar.-S.5.