«Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır

 

Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır. "Eurovision Mahnı Müsabiqəsi - 2012"nin işçi qrupundan AzərTAc-a bildirmişlər ki, kastinqlər yanvarın 6-da saat 10.00-dan 20.00-dək Bakı Biznes Mərkəzində keçirilir.

Bu prosesin reallaşdırılması ilə bağlı əvvəlcədən elan verilmişdir. Kastinqlərdə iştirak etmək istəyənlər Bakı Biznes Mərkəzinə gələrək burada fotoçəkilişlərdə iştirak edirlər. Rejissorprodüser heyəti kastinqlərin nəticəsinə əsasən, iştirakçıları ikinci mərhələyə dəvət edəcəkdir.

Azərbaycanda bu cür kütləvi kastinq ilk dəfə keçirilir. Məqsəd tanıtım videoçarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision-2012" mahnı müsabiqəsində hamının yaxından iştirakına imkan yaratmaqdır.

 

 

Azərbaycan.- 2012.-7 yanvar.- S.  6.