Tanınmış
müğənni və bəstəkar Emin Ağalarov «Obvious»
mahnısının remiksini təqdim etmişdir
Tanınmış
müğənni və bəstəkar Emin Ağalarov məşhur
alman prodüseri Joçen Naaf (Jochen Naaf) ilə əməkdaşlığa
başlamışdır.
AzərTAc
Emin Ağalarovun rəsmi saytına istinadən xəbər
verir ki, müğənni prodüserlə birgə
hazırladığı "Obvious" mahnısının
remiksini geniş ictimaiyyətə təqdim etmişdir.
Joçen
Naaf indiyədək Patrik Nyo, Tomas Qodojd və bu kimi digər
tanınmış ifaçılarla bir sıra uğurlu layihələrə
imza atmışdır. Onun prodüser olaraq ən
uğurlu işləri sırasında "Colour of Snow",
"Allein, Allein" əsərlərinin adlarını qeyd
etmək olar.
Azərbaycan.- 2012.- 8 yanvar.- S. 5.