Finlandiya parlamentinin deputatları
Milli Məclisdə olmuşlar
Yanvarın 9-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və
müdafiə komitəsinin
sədri Ziyafət Əsgərov ölkəmizdə
səfərdə olan
Finlandiya parlamentinin nümayəndə
heyəti ilə görüşdü.
Qonaqları Azərbaycan parlamentində
salamlamaqdan məmnunluq
duyduğunu bildirən
Ziyafət Əsgərov
qeyd etdi ki, Azərbaycan Finlandiya ilə dövlətlərarası və
parlamentlərarası əlaqələrin
daha da intensivləşməsinə
önəm verir. Əmin olmaq
istərdik ki, yeni ildə əlaqələrimiz daha da güclənəcək.
Əlaqələrin inkişafı üçün
belə səfərlərin
böyük əhəmiyyəti
var.
Söhbət zamanı Azərbaycanın
demokratik dəyərlərə böyük
önəm verdiyini qeyd edən Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti,
rəhbərlik etdiyi komitənin işi, ölkəmizdə həyata
keçirilən islahatlar,
vətəndaş cəmiyyətinin
inkişafı barədə
qonaqlara ətraflı
məlumat verdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
ətraflı söhbət
açan Ziyafət Əsgərov diqqətə
çatdırdı ki,
Azərbaycanın 20 faiz
torpağı hələ
də işğal altındadır. Bir milyondan artıq
azərbaycanlı doğma
yurd-yuvasından didərgin
düşüb. Ermənistan
isə problemin sülh yolu ilə həlli istiqamətində atılan
addımlara etinasız
yanaşır, BMT-nin,
Avropa İttifaqının,
Avropa Şurasının
qəbul etdiyi bütün qətnamə
və qərarlara məhəl qoymur. Azərbaycan öz torpaqlarını hərbi
yolla azad etmək iqtidarında
olsa da, məsələnin beynəlxalq
hüquq norma və prinsiplərinə uyğun şəkildə, ədalətli
həllinə tərəfdardır.
Finlandiya parlamentinin deputatı
İlkka Kanerva səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını
bildirdi. Azərbaycana ilk dəfə 2008-ci ildə
ATƏT-in fəaliyyətdə olan sədri kimi səfər etdiyini deyən qonaq ölkəmizin inkişafından
məmnun
qaldığını dedi.
İlkka
Kanerva qeyd etdi
ki, Azərbaycan Cənubi Qafqazda çox güclü geostrateji mövqeyə malikdir. Finlandiyanın Dağlıq Qarabağ probleminin ədalətli həllinə tərəfdar
olduğunu deyən qonaq səfər müddətində qaçqın
və məcburi köçkünlər üçün
salınmış şəhərciklərə
getmək arzusunda olduqlarını
bildirdi.
Sonra görüşdə qarşılıqlı
maraq doğuran bir sıra məsələlər
barədə fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2012.- 10 yanvar.- S. 1.