İsveçdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri Fransanın bu ölkədəki səfirliyinə etiraz məktubu göndərmişlər

 

 İsveçdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri Fransa Milli Assambleyasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi ədalətsiz qərarına etiraz bildirmişlər. Fransanın İsveçdəki səfirliyinə göndərilmiş etiraz məktubunu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin və Atatürkçü Düşüncə Mərkəzinin rəhbəri Mustafa Sönməz imzalamışlar.

AzərTAc xəbər verir ki, məktub müəllifləri Fransa Milli Assambleyasının qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsini təsdiqləməsini qətiyyətlə pisləmişlər.

On iki QHT tərəfindən dəstəklənmiş bu etiraz məktubu ilə yanaşı, Fransanın İsveçdəki səfirliyinə Kamran Gürün ingilis dilində olan "Erməni dosyesi" kitabı da təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 10 yanvar.- S. 5.