İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Dağlıq
Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır
AzərTAc xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yuxarı Palatası yanvarın 9-da Dağlıq Qarabağ ilə bağlı iki işə baxmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirmişdir ki, Ermənistanın işğal etdiyi Gülüstan kəndinin milliyyətcə erməni olan sakininin şikayətində Azərbaycanda guya onun əmlak hüququnun pozulduğu, digər işdə isə Azərbaycanda erməni qəbiristanlığının dağıdıldığı iddia edilirdi. Bu işlərlə bağlı yanvarın 9-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsində dinləmələr keçirilmişdir. Azərbaycan nümayəndəsinin təqdim etdiyi sübutlar əsasında məhkəmə çox ədalətli və əhəmiyyətli qərar çıxarmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yuxarı Palatası ermənilərin müraciətini rədd etmişdir.
İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin qərarında
vurğulanmışdır ki,
Dağlıq Qarabağ Azərbaycan
Respublikasının ərazisidir və Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuşdur. Ermənistanın
işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətində yaşamaq məcburiyyətində
qalmışdır.
Azərbaycan.- 2012.- 11 yanvar.- S. 4.