AMEA Rəyasət
Heyətinin növbəti iclası keçirilmişdir
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin AMEA
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB)
2011-ci il üçün hesabatına həsr olunmuş
növbəti iclası keçirilmişdir.
Akademiyadan
AzərTAc-a bildirmişlər ki, iştirakçılar əvvəlcə
foyedə bölmə institutlarının 20 ildə
qazandığı nailiyyətləri əks etdirən sərgi
ilə tanış olmuşlar.
AMEA-nn
prezidenti akademik Mahmud Kərimov gündəlikdəki məsələlər
haqqında məlumat vermişdir.
AMEA
FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev bölmə
institutlarının 2011-ci ildə elmi və elmi-təşkilati
fəaliyyəti haqqında hesabat məruzəsi ilə
çıxış etmişdir. Bildirilmişdir ki, keçən
il bölmə müəssisələrinin planına həm
fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi
xarakterli elmi-texniki tədqiqatlar daxil edilmişdir. Bölmə
institutlarında 26 problemə aid 82 mövzu üzrə 220 tədqiqat
işi aparılmışdır. 39 elmi-tədqiqat işinin nəticəsinin
xalq təsərrüfatına tətbiqi tövsiyə
edilmiş, bunlardan 29-u artıq tətbiq olunmuşdur. "AMEA
elmi müəssisələrinin başa
catdırılmış elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin 2011-ci il üçün tətbiq
planı"na bölmə müəssisələrinin 34
işi (16-sı keçici, 18-i yeni) daxil edilmiş, bu işlər
plan üzrə tam yerinə yetirilmişdir. Bölmə müəssisələrində
aparılan tədqiqatların nəticələrinin xalq təsərrüfatında
tətbiqi üçün 6 müqavilə üzrə iş
yerinə yetirilmişdir. Ölkənin elmi tutumlu strateji
problemlərinin həllində bölmənin elmi
potensialından geniş istifadə olunmuşdur.
Hesabat
ilində bölmə əməkdaşları xarici ölkələrin
bir sıra nüfuzlu elmi jurnallarının redaksiya heyətinin
tərkibinə daxil edilmişdir. Alimlərimizin
apardığı tədqiqatların nəticələrinə
olan xarici istinadların sayı da əvvəlki illərlə
müqayisədə artmışdır.
A.Hacıyev
bildirmişdir ki, hazırda bölmənin müəssisələrində
1934 nəfər, o cümlədən 1085 elmi işçi
(175 elmlər doktoru, 446 elmlər
namizədi), 16 akademik, AMEA-nın 26 müxbir üzvü
çalışır.
Bölmənin
əməkdaşları tərəfindən 11 monoqrafiya (5-i
xaricdə), 15 kitab, 30 dərslik və elmi-kütləvi nəşr,
1286 məqalə (218 SCİ jurnalları) çap
olunmuşdur. Məqalələrin 605-i xaricdə çap
olunmuşdur. Bölmə əməkdaşları 13 patent
almışlar.
Qeyd
olunmuşdur ki, bölmədə 52 (34-ü əyani, 18-i
qiyabi) doktorant təhsil alır, 23 doktorant isə təhsilini
başa vurmuşdur. Bundan əlavə, bölmə müəssisələrində
136 nəfər mütəxəssis dissertant kimi elmi-tədqiqat
işi aparır. Əməkdaşlardan 6-sı doktorluq, 27-si fəlsəfə
doktorluğu dissertasiyaları müdafiə etmişlər.
Akademiklər
Arif İsmayılzadə, Arif Mehdiyev, Əhliman Əmiraslanov,
Akif Əlizadə, Fikrət Əliyev, Telman Əliyev, Arif Həşimov,
AMEA-nın müxbir üzvləri Adil Qəribov, Rasim Əliquliyev
və Əyyub Quliyev bölmənin illik hesabatını qənaətbəxş
hesab etmişlər.
AMEA
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2011-ci ildəki
elmi və elmi-təşkilati fəaliyyəti haqqında
hesabatı müzakirələrdən sonra AMEA RH-ın qərarı
ilə təsdiq olunmuş və
AMEA-nın illik hesabatına daxil edilmişdir.
Tədbirdə,
həmçinin 2012-2013-cü illərdə keçiriləcək
beynəlxalq və respublika səviyyəli elmi və
elmi-texniki tədbirlərin planı da müzakirə
olunmuşdur.
Azərbaycan.- 2012.- 12 yanvar.- S. 5.