Eurovision.tv” saytında Bakıda mahnı müsabiqəsi ilə bağlı keçirilən kastinqlər barədə fotovideomaterial yerləşdirilmişdir

 

“Eurovision” mahnı müsabiqəsinin rəsmi “eurovision.tv” saytında Bakıda bu müsabiqə ilə bağlı keçirilən kastinqlər barədə foto və videomaterial yerləşdirilmişdir

Bakı, 11 yanvar (AzərTAc). “Eurovision” mahnı müsabiqəsinin rəsmi “eurovision.tv” saytında Bakıda bu müsabiqə ilə bağlı keçirilən kastinqlər barədə foto və videomaterial yerləşdirilmişdir.

AzərTAc müsabiqənin rəsmi internet saytına istinadla xəbər verir ki, məqalədə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycanın belə bir mötəbər yarışmaya hazırlıq istiqamətində atdığı addımlar və müvafiq videoçarxların hazırlanması üçün keçirilən fotokastinqlər barədə ətraflı məlumatlar verilmişdir.

Məqalədə, eləcə də Avropanın ən sevimli televiziya proqramına ənənəvi olaraq videoçarxlar üçün keçirilən kastinqlərə çoxsaylı insanların qatıldığı qeyd olunmuşdur.

Yazının sonunda kastinqlərdən fotolarxüsusi video da yer almışdır.

 

 

Azərbaycan.- 2012.-12 yanvar.- S. 6.