Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 12-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşlar.  

Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verildi. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirildi. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaqdır.

Dövlət başçısına yeni salınan bulvarda aparılan işlər  barədə də məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Görülən işlər  barədə Prezidentə məlumat verildi.

Dövlət başçısı və xanımı ərazidə inşa olunan yeni idman-konsert kompleksinin tikintisinə də baxdılar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 yanvar.- S. 1.