Vyanada «Ferien Messe 2012» beynəlxalq
turizm sərgisi açılmışdır
Yanvarın
12-də Avstriyanın paytaxtı Vyanada “Ferien Messe 2012” beynəlxalq
turizm sərgisi açılmışdır.
Dünyanın
70 ölkəsindən 800-ə yaxın şirkətin
qatıldığı mötəbər sərgidə Azərbaycandan
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları,
həmçinin “Geo Travel”, “Gilan Tourism”, “Improtex Travel” şirkətləri
iştirak edirlər.
Mədəniyyət
və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a
bildirmişlər ki, bu, Azərbaycanın 2012-ci ildə
iştirak etdiyi ilk beynəlxalq turizm sərgisidir. Sərgidə
ölkəmizin turizm potensialının təbliğ
olunması məqsədi ilə 24 kvadratmetr sahədə Azərbaycan
pavilyonu quraşdırılmış və buraya gələn
ziyarətçi və iştirakçılara paylanması
üçün alman, ingilis dillərində 30-a yaxın
müxtəlif növ reklam-çap məhsulları eləcə
də digər təbliğat materialları ilə təmin
olunmuşdur.
Azərbaycan
2007-ci ildən etibarən hər il “Ferien Messe” beynəlxalq
turizm sərgisində iştirak edir.
Sərgi
yanvarın 15-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 13 yanvar.- S.4.