Azərbaycanda
dövlət sifarişi əsasında tələbə qəbulunun
proqnozunun təsdiqlənmə tarixi dəyişdirilmişdir
Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik etmişdir.
AzərTAc xəbər verir ki, hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Yeni qərara əsasən, İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə növbəti il üçün razılaşdırılmış təklifləri hər il mayın 1-dək (yeni dəyişiklik edilənədək bu tarix iyunun 1-dək idi) Nazirlər Kabinetinə təqdim edilməlidir.
Razılaşdırılmış təkliflər əsasında Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyulun 1-dək (əvvəl iyulun 20-dək) təsdiq etməlidir.
Dövlət sifarişində iştirak etmək
istəyən özəl ali təhsil müəssisələri
növbəti il üçün təkliflərini hər il
aprelin 1-dək (əvvəl mayın 1-dək) Təhsil
Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə
özəl ali təhsil müəssisəsinin dövlət
sifarişində hansı ixtisaslar üzrə iştirak edə
biləcəyi qeyd olunmalıdır.
Azərbaycan.- 2012.- 14 yanvar.- S. 1.