Nazirlər
Kabineti 4 yeni qərar qəbul etmişdir
Nazirlər Kabineti 4 yeni qərar qəbul etmişdir. "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli sərəncamının 14.2-ci bəndinə əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" özünün 2011-ci il 17 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Hər iki qərar yanvarın 6-dan - imzalandığı gündən qüvvəyə minmişdir.
"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli fərmanına əsasən və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" özünün 2010-cu il 25 iyun tarixli qərarında dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.
Hər iki qərar yanvarın 12-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
AzərTAc
Azərbaycan.- 2012.- 14 yanvar.- S. 1.