Qvatemala Respublikasının Prezidenti
zati-aliləri cənab
Otto Fernando Perez Molinaya
Hörmətli cənab Prezident!
Qvatemala Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi
ürəkdən təbrik
edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qvatemala arasındakı münasibətlər
xalqlarımızın mənafelərinə
uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, dost Qvatemala
xalqının rifahı
naminə qarşıdakı
fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 yanvar 2012-ci il
Azərbaycan.- 2012.- 14 yanvar.- S. 1.