Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzində jurnalistlərlə
görüş olmuşdur
Yanvarın 13-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Mətbuat Günü münasibətilə Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirilmişdir.
Rossotrudniçestvonun rəhbəri, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Ənvər Şeyxov informasiya dəstəyinə və fəal əməkdaşlığa görə jurnalistlərə minnətdarlığını bildirmişdir.
RİMM-in mətbuat xidmətinin katibi Milana Juçkova öz başlanğıcını birinci nömrəsi I Pyotrun fərmanı ilə 1703-cü il yanvarın 13-də işıq üzü görən "Vedomosti" qəzetindən götürən Rusiyanın mətbuat tarixi barədə qısa məlumat vermişdir.
Sonra Ə.Şeyxov fəal əməkdaşlığa görə fərqlənən jurnalistlərə MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Azərbaycandakı nümayəndəliyinin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşəkkür məktublarını və xatirə hədiyyələrini təqdim etmişdir.
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın aparıcı müxbiri Salehə Əliyeva mükafatlandırılanlar sırasında olmuşdur.
Sonda RİMM nəzdində
özfəaliyyət dərnəklərinin üzvlərinin
konserti olmuşdur.
Azərbaycan.- 2012.- 14 yanvar.- S. 4.