Azərbaycan Almaniyada keçirilən turizm
sərgisində iştirak edir
Yanvarın 14-də Almaniyanın Ştutqart şəhərində "CMT" Beynəlxalq turizm sərgisi işə başlamışdır.
Yanvarın 22-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən "Geo Travel", "ENC Tours" və "Xəzər" turizm şirkətlərinin təmsilçiləri də iştirak edirlər.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı 24 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ edilir.
Azərbaycan turizminin
Almaniya turizm
bazarında tanıdılması və bu
ölkədən turistlərin cəlb olunması məqsədi
ilə Mədəniyyət və Turizm Nazirliyi martın 7-dən 11-dək Berlində keçiriləcək
"İTB - 2012" beynəlxalq turizm sərgisində
də iştirak etməyi
planlaşdırır.
Azərbaycan.- 2012.- 15 yanvar.- S. 4.